Günün kuponu – 02.08.2022
“Breydablik” – “Akranes” – 1
İslandiya Liqasında liderlik edən “Breydablik” sonuncu pillədə qərarlaşan “Akranes”i qəbul edir. Lider son turda “Hafnarfyordur”la görüşdə xal itirib (0:0). Ardınca Avroliqada Monteneqroda “Buduçnost”a uduzub (1:2). Ardıcıl 3-cü oyunda qələbəsiz qalacağı inandırıcı görünmür. Oyun 1 variantı daha realdır.
“Benfika” – “Midyullend” – 1
Çempionlar Liqasının 3-cü mərhələsində daha nüfuzlu komandalar da mübarizəyə qoşulur. “AEK Larnaka” səddini penaltilər seriyasında keçən Danimarka çempionunun güclü “Benfika” qarşısında davam gətirəcəyinə inamım azdır. Ona görə oyun 1.
“Şerif” – “Viktoriya Plzen” – 2,5 ALT
Ehtiyatlı oyuna üstünlük verən Moldova çempionunun qarşısına güclü rəqib çıxıb. Həm də ilk oyun olduğundan “Şerif” çox riskə getməyəcək, daha çox qol buraxmamağa diqqət edəcək. 2,5 alt bu oyuna daha çox uyğun gəlir.