Günün kuponu – 02.07.2022
AİK – “Myalbyu” – 1
AİK lider “Haken”lə eyni xal (24) toplasa da, bir oyun çox keçirdiyindən 2-ci pillədə qərarlaşıb. Ötən tur “Degerfors”la heç-heçə (1:1) Solna təmsilçisini 2 zaldan etdi. Məncə, AİK ardıcıl xal itkisinə yol verməyəcək. Əks halda, 3 xallıq fərqlə arxadan gələn 3 komanda AİK hətta 4-cü sıraya belə “göndərə” bilər.
“Honka” – “Mariehamn” – QOL/QOL
Bu komandaların öz aralarındakı son 3 duelində qarşılıqlı qollar qeydə alınıb. Ümumiyyətlə, “Mariehamn” son 5 oyunun hamısında qol və ya qollar vurub. 11 turda 19 qol vuran və liderlər qrupunda yer alan “Honka”nın rəqib qapısına yol tapacağına isə şübhə etmirəm. Belədə yüksək əmsallı (1,90) qol /qol variantına mərc etməyə dəyər.
“Odds” – “Bodo Qlimt” – QOL/QOL
12 turdan sonra “Odds” heç-heçə oynamayan tək komandadır. Bəlkə də bu tur heç-heçənin “vaxtı yetişib”. Hətta bu olsa belə, 0:0 variantına deyil, qollu heç-heçəyə inanıram. Hər halda Norveç liqasında 0:0 çox az rast gəlinən hesabdır. “Bodo Qlimt”in 11 oyuna 22 qol vurduğunu və liderlər qrupuna düşmək üçün qələbəyə ehtiyacı olduğunu nəzərə alsaq, məncə, bu matçdan qarşılıqlı qollar gözləmək olar.