Günün kuponu – 02.04.2023
“Vest-Hem – “Sautqempton” – 1
Bu qarşılaşmanı autsayderlərin ölüm-dirim savaşına bənzətmək olar. Hər iki kollektiv uğursuz çempionat keçirir. Onları biri-birindən cəmi 1 xal ayırır. “Vest-Hem” 26 oyundan sonra 24 xalla 18 yerdədir. “Sautqempton” 28 oyundan sonra 23 xalla sonuncu pillədədir. Ev sahibi öz azarkeşləri önündə yəqin ki əlinə düşən bu fürsəti qaçırmaz. İrəli yuxarı qalxmaq üçün qələbəni əldən verməz.
“Nyukasl” – “Mançester”Y – 2,5 ÜST
Premyer-liqada uğurlu çempionat keçirən iki komanda qarşılaşır. Üçüncü yer uğrunda amansız mübarizə gedir. Qonaq komanda favorit sayıla bilər. Amma yaddan bir şeyi çıxartmaq olmaz, ev sahibi doğma stadionda möhtəşəm oyunlar keçirir. Hər iki komanda hücum futboluna üstünlük verir. Ona görə ən optimal bu oyuna proqnoz 2,5 Üstdür.
“Selta-Viqo” – “Almeriya” – 1
İspaniya çempionatında öz dəsti-xətti ilə seçilən “Selta-Viqo” autsayderlərdən biri olan “Almeriya”nı qəbul edir. Ev sahibi qələbə sayəsində 7-ci pilləyə qədər qalxa bilər. Səfər qarşılaşmalarında əziyyət çəkən qonaq komanda çətin ki bu oyundaki təzyiqə dözsün. Oyunun favoriti “Selta” nəyin bahasına olursa-olsun qələbə qazanacaq.