Günün kuponu – 02.03.2025

Günün kuponu – 02.03.2025

Barselona – Real Sosyedad QOL/QOL

La Liqada ardıcıl 5 qələbə qazanan “Barselona” uğurlu seriyanı 26-cı turda da davam etdirmək istəyir. Qonaqların səfərdə oynamaq təcrübəsi çoxdur. Əksər çətin səfər matçlarında xalsız qalmayan “Real Sosyedad” bu həftə 4 əsas futbolçusunun xidmətindən istifadə etməyəcək. Fikrimcə bu oyunda qol/qol seçimi daha real görünür. Etopaz bu seçimə 1.93 əmsal təqdim edir.

Malyorka – Alaves QOL/YOX

Cari mövsümün uğursuzlarından olan “Alaves” La Liqanı tərk etmək təhlükəsiylə üzləşib. Qeyri-stabil oyun nümayiş etdirən “Malyorka” avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulmağa çalışır. Maraqlıdır ki, son üç ildə “Malyorka” “Alaves”lə matçlarda 3 xal qazanmayıb. Bu oyun üçün ALT2.5 və ya QY daha real görünür.

Bolonya – Kalyari 1

Ötən oyun “Milan”a qalib gələn “Bolonya” bu dəfə “Kalyari”ni qəbul edəcək. Meydan sahibləri favorit göstərilsə də, qonaqların müdafiə futbolu proqnozu alt-üst edə bilər. Səfərdə adətən müdafiəyə daha çox diqqət yetirən “Kalyari” 1 xal uğrunda mübarizə aparır. Avrokuboklara vəsiqə uğrunda yarışan “Bolonya”nın evdə 3 xal qazanacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Saliba “Real” yolunda

Növbəti yazı

Sürpriz kupon – 02.03.2025