Günün kuponu – 02.01.2026

Günün kuponu – 02.01.2026

Jil Visente – Sportinq 2 və 1.5 ÜST

“Sportinq” lider “Portu”dan 5 xal geridədir. Lissabonluların xal itirməsi çempionluq mübarizəsindən kənarda qalması ilə nəticələnə bilər.

Altı oyundur qələbə qazana bilməyən “Jil Visente” ilə qarşılaşmada Primeyra Liqada keçirdiyi 16 oyunda 46 dəfə (orta hesabla 2.8) fərqlənən qonaqlar çətinlik çəkmədən qələbə qazanmalıdı.

Rayo Valyekano – Xetafe 1X və 2.5 ALT

La Liqada cari mövsüm bu komandalardan daha az qol vuran cəmi 1 klub var. O da Sequndaya düşməyə ən real namizədlərdən biri “Ovyedo”du.

Rəqiblər bu çempionatda keçirdiklər 17 oyunda hərəyə 13 qol vura biliblər.

Matçın favoriti meydan sahibləridi. Paytaxt təmsilçisinin çox qol olmayacaq matçda uduzmayacağına mərc edirəm.

Vitoria Gimaraynş – Nasional Madeyra 2.5 ALT

“Vitoria Gimaraynş” favorit sayılsa da, komandanın son durumuna nəzər yetirəndə bununla razılaşmaq olmur.

Komanda ardıcıl Yox/Qol variantlarının gəldiyi son 5 oyunda cəmi 2 qol vurub.

Seriyanın davam etmə və bu matçda da az qol vurulma ehtimalı yüksəkdi.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Donli yenidən “Tottenhem”də

Növbəti yazı

Sürpriz kupon – 02.01.2026