Günün kuponu – 01.12.2025
Bolonya – Kremonese ÜST2.5
A seriyasında uğurlu mövsüm keçirən “Bolonya” 12 turdan sonra 5-ci pillədədir. B seriyasından yüksək dəstəyə qalxan qonaqlar isə güclülərlə mübarizə aparmaqda çətinlik çəkir. Meydan sahibləri A seriyasında ən məhsuldar komandalar sırasındadır. Evdə xal itirəcəyinə inanmadığım “Bolonya”nın asan qələbə qazanacağını düşünürəm. Oyun üçün məhsuldar nəticəyə pul qoyuluşunu məsləhət görürəm.
Samsunspor – Alanyaspor QOL/QOL
Superliqada 6 qələbə sayəsində liderlər qrupunda qərarlaşan “Samsunspor” son 10 ildə məğlub etmədiyi rəqiblə qarşılaşır. Cari mövsümdə əzmkar oyun sərgiləyən Alanya təmsilçisinin turnir cədvəlində tutduğu yer daha yüksək ola bilərdi. Əgər “Alanyaspor” yaratdığı təhlükəli vəziyyətləri dəyərləndirməyi bacarsaydı. Fikrimcə qonaqlar bu matçda uduzmayacaq və meydanı qolsuz tərk etməyəcək.
Fənərbağça – Qalatasaray ÜST2.5
Türkiyə Çempionatında turun mərkəzi oyunu. 13 turdan sonra lider “Qalatasaray” izləyicisi “Fənərbağça”nı 1 xal qabaqlayır. Son 3 turda qələbə qazana bilməyən sarı lacivərdlilər evdə doğma azarkeşlərin dəstəyindən istifadə etməyə çalışacaq. Çempionlar Liqasının son turunda məğlubiyyət acısı yaşayan Cim Bom derbidə bəraət almaq fikrindədir. Qarşılıqlı hücumların olacağı derbiyə məhsuldar nəticə proqnozlaşdırıram.












