Günün kuponu – 01.12.2024

Günün kuponu – 01.12.2024

Qalatasaray – Eyüpspor  1-ci hissə – Qalatasaray

Bu mövsüm əla formada olan “Qalatasaray” matçın şəksiz favoritidir. Hərçənd hazırda Superliqada 4-cü sırada olan “Eyüpspor” elə də “asan yem” sayılmır. Bununla belə, “Qalatasaray”ın favorit statusunu doğruldacağı, artıq ilk hissədə qələbənin əsasını qoyacağını düşünürəm.

Real Madrid – Xetafe  1

Çempionlar Liqasından “Liverpul”a uduzaraq qayıdan “Real” bütün gücünü “kiçik Madrid derbisi”ndə qələbə qazanmağa yönəldəcək. “Kral Klubu”nun heyətdə ciddi itkiləri olsa da, “Xetafe” çətin ki, nüfuzlu rəqibindən xal ala bilsin.

Liverpul – Mançester Siti  Qol/Qol

Premyer Liqanın liderlərinin dueli, mövsümün ən vacib oyunlarından biri. Bütün turnirlər nəzərə alınmaqla ardıcıl 6 oyundur qalib gələn Liverpul son 6 oyunun 5də uduzub, yalnız birində heç-heçə edən Qvardiolanın komandası ilə 8 xallıq fərqi artırmağa çalışacaq. Hər iki komandanın möhtəşəm hücum xəttini nəzərə alsaq, qarşılıqlı qollar gözləniləndir. Tərəflərin öz aralarındakı son 4 duelində olduğu kimi.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Azərbaycan hakimləri Belçika millisinin oyununda

Növbəti yazı

Sürpriz kupon – 01.12.2024