Günün kuponu – 01.12.2021

Günün kuponu – 01.12.2021

“İnter” – “Spezia” – qol/qol

“İnter” son 2 oyunda qapısından qol buraxmasa da, müdafiəsi o qədər də etibarlı sayılmır. “Spezia” haqqında da eyni sözləri demək olar. 14 turda 32 qol buraxan komandanın müdafiəsi haqqında təbii ki, başqa fikir söyləmək mümkün də deyil. İndiyədək tərəflər 2 dəfə üz-üzə gəlib və hər ikisi də qarşılıqlı qollarla keçib. Fikrimcə, bu dəfə də hər iki komanda fərqlənəcək.

PSJ – “Nitsa” – qol/qol

“Ulduzlar toplumu” olan bir heyətlə qol vurmaq PSJ üçün problem deyil. “Park de Prens”də PSJ-nin qol vurmadığı sonuncu oyun 8 ay əvvəl, “Lill”ə 0:1 uduzduğu matç olub. Məntiqlə, “Nitsa” da Parisi “qol yemədən” tərk etməyəcək. “Nitsa”nın özünün də hücum xəttində qol duyumu yüksək olan oyunçular yer alır. Danimarkalı Dolberq, oynadığı 11 görüşdə 5 qola imza atan əlcəzairli Delort və komandanın bu mövsümdə 8 qolla ən məhsuldar hücumçusu olan Amin Qouiri. Məncə, qol/qol real variantdır.

“Aston Villa” – “Mançester Siti” – 2

Ötən tur “Çelsi”nin “Yunayted”lə görüşdə “büdrəməsindən” (1:1) istifadə edən “Mançester Siti” liderlə fərqini 1-ə endirib. Fərqin yenidən artmaması üçün qələbə Xosep Qvardiolanın komandasına çox vacibdir. Bunun üçün də hər cür potensial vardır. Demək, oyun 2!

“İnter” – “Spezia” – qol /qol – 1,95

PSJ – “Nitsa” – qol /qol – 1,62

“Aston Villa” – “Mançester Siti” – 2 – 1,31

Yekun əmsal: 4,13

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Karterə ağır cəza

Növbəti yazı

Sürpriz kupon – 01.12.2021