Günün kuponu – 01.11.2025

Günün kuponu – 01.11.2025

PSJ – OGC Nis 1

Ötən turda xal itirən PSJ bu dəfə çətin ki, büdrəsin. Rəqib Nitsa da o qədər güclü komanda deyil. Düşünürəm ki, Luis Enrikenin komandası bu görüşdə asan qələbə qazanacaq.

Kremonese – Yuventus 2

Yuventus yeni baş məşqçisi ilə ilk oyuna çıxacaq. Luçano Spalettinin qarşısına çempionlar liqasına vəsiqə qazanmaq hədəfi qoyulub. Spaletti ilk oyununda qələbə qazanmağa çalışacaq. Kremonese də bunun üçün uyğun rəqibdir. Düşünürəm, Yuve 3 xalı əldən verməz.

Nottinqem Forest – Mançester Yunayted 2

Nottinqem Forest ötən mövsümkü komanda deyil. Onlar cari mövsümdə heç də yaxşı təsir bağışlamırlar. Mançester Yunayted isə Liverpulu səfərdə məğlub etməklə iddalı olduğunu göstərə bilmişdi. “Qırmızı şeytanlar”ı bu görüşün favoriti hesab edirəm. Məncə onlar bu statusu doğruldacaqlar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Azərbaycanın qadın futbol millisi Banqladeşdəki turnirdə iştirak edəcək

Növbəti yazı

Sürpriz kupon – 01.11.2025