Günün kuponu – 01.11.2022
“Bayer Leverkuzen” – “Brügge” – 1
Belçika klubu artıq pley-offa vəsiqəni təmin etdiyindən Almaniya səfərində elə də motivasiyalı olmayacaq. Böyük ehtimalla baş məşqçi bəzi aparıcı futbolçulara istirahət verəcək.
“Bayer Leverkuzen” isə qrupda 3-cü yeri tutub Avropa Liqasına gedə bilər. Bu səbəbdən Xavi Alonsonun komandası qələbəyə oynayacaq. Amma bir şey də var ki, Leverkuzen təmsilçisi 5 oyundur qalib gələ bilmir.
“Brügge”nin heyətində cəzalı və zədəli futbolçular çoxdur. Belçikadakı matçda meydan sahibləri minimal hesabla qələbə qazanmışdılar.
“Porto” – “Atletiko” – QOL/QOL
Portuqaliyalılar qrupda ən azı 2-ci yeri özlərinə təmin ediblər. Dieqo Simeonenin komandası isə Avropa Liqasına getmək şansını dəyərləndirməyə çalışacaq. Madrid klubu La Liqadakı son oyununda “Kadis”ə 90+9-cu dəqiqədə buraxdığı qolla məğlub oldu – 2:3. Ümumiyyətlə, “Atletiko” son 4 görüşdə qapısının toxunulmazlığını qoruya bilməyib.
“Portu” Portuqaliya çempionatındakı son oyununda autsayderlərdən olan “Santa Klara” ilə qarşılaşmada gözlənilmədən xal itirdi – 1:1.
Meydan sahiblərinin heyətində David Karmo, Mateus Uribe cəzalıdır, Pepe isə xeyli vaxtdır zədədən əziyyət çəkir.
“Atletiko”da da Toma Lemar, Koke, Loryente və Alvaro Morata böyük ehtimalla, komandasına kömək edə bilməyəcəklər.
“Koventri” – “Blekborn” – QOL\QOL
33 xal toplayan “Blekborn” lider “Börnli”dən 2 xal geri qalır. “Blekborn” son 4 oyununu qələbə ilə başa vurub.
“Koventri” isə təhlükəli zonadan çıxmaq üçün canfəşanlıq edir.
Favorit “Blekborn” sayılsa da, qol\qol pis variant deyil. Bu komandalar arasında son 3 matçda qarşılıqlı qollar olub.