Günün kuponu – 01.10.2025
Arsenal-Olimpiakos ÜST2.5
İlk turda “Pafos”la qolsuz bərabərliyə razılaşan “Olimpiakos”u çətin səfər matçı gözləyir. Müxtəlif səbəblərdən əsas heyətin 6 üzvü Londondakı matçda iştirak etməyəcək. Yunanlar “Arsenal” üçün uğurlu rəqib hesab edilmir. Bu komanda adətən ən azı meydanı qolsuz tərk etmir. Londondakı matçda “Arsenal”ın favorit statusunu doğruldacağını düşünürəm. Fikrimcə bu matçda 3 qol vurulacağına mərc etmək riskli deyil.
Monako-Mançester Siti qol/qol
İlk turda “Brügge”yə 1-4 hesabıyla uduzan Monako təmsilçisi evdə daha bir ciddi sınaq qarşısında olacaq. İngilislər “Monako”yla səfər matçlarında adətən çətinlik yaşayır, rahat şəkildə hücuma qoşulmurlar. Fikrimcə bu oyunda ən düzgün seçim qol/qol olacaq. Hər iki komandanın fərqlənmək şansları yüksəkdi.
Bayer-PSV qol/qol
Startda qələbə qazanmayan komandalar ikinci turda Leverkuzendə üz-üzə gələcək. Xabi Alonsonun baş məşqçi vəzifəsindən gedişindən sonra “Bayer” oyun baxımından geriləməyib. Bundesliqada bəzən bəxti gətirməyən Leverkuzen təmsilçisinin evdə xal itirmək şansı yüksək deyil. Digər tərəfdən PSV-nin səfərdən qolsuz qayıdacağına inanmıram. Ona görə qol/qol seçimi üzərində dayanıram.












