Günün kuponu – 01.08.2025

Günün kuponu – 01.08.2025

Mexelen – Brügge 2

İlk turda Geniş üzərində qələbə qazanan Brügge bu dəfə daha zəif rəqiblə üz-üzə gələcək. Ötən mövsüm 2-ci olan Brüggenin hədəfi çempionluqdur. Odur ki, belə oyunlarda xal itirmək olmaz. Düşünürəm ki, Brügge qələbə qazana biləcək.

Farul Konstansa – Metalaqlobus Buxarest 1

Farul Rumıniya liqasının iddialı komandalarındandır.  Metalaqlobus isə autsayder. Farulun bu rəqiblə qarşılaşmada əziyyət çəkmədən qələbə qazanacağına şübhə etmirəm.

Bohemians Dublin – Dorgeda 1

İrlandiya liqasında çempionluq xəyalları quran Bohemians hazırda liderdən 7 xal geri qalır. Dorgeda ilə ilə oyun onların ümidlərini davam etdirməsi üçün vacib oyundur. Odur ki, hədəf 3 xaldır. Doğma azarkeşlərinin də dəstəyi ilə Bohemiansın 3 xalı qazanacağına inanıram.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

İbrahima Vadji “Turan Tovuz”da

Növbəti yazı

Sürpriz kupon – 01.08.2025