Günün kuponu – 01.08.2024
Elfsborq – Sheriff Tiraspol 1
İlk oyunda səfərdə 1-0 hesablı qələbə qazanan İsveç təmsilçisi cütün favoritidi. İki həftə öncə “Şerif” Bakıda “Zirə”nin qonağı olarkən komandanın yüksək hədəflər uğrunda yarışmağa imkanı olmadığını izlədik. Müdafiədə ciddi problemlərin olduğu Moldova klubunun səfərdə uduzacağını düşünürəm.
Trabzonspor – Ruzomberok 1-ci hissə Trabzonspor
Heyətlə bağlı geniş seçimi olmayan Slovakiya klubu ilk oyunda 0-2 hesablı məğlubiyyətə üzülüb. Məşqçi heyəti cavab matçında dönüş etməyə çalışacaqlarını bildirsə də, reallıq başqadı. Həm büdcə, həm də heyət baxımından Trabzonspor təmsilçisi rəqibi üstələyir.
Rapid Vienna – Wisla Krakow QOL/QOL
Avropa Liqasında Vyanada baş tutacaq cavab matçı maraqla gözlənilir. İlk oyunda səfərdə 2-1 hesablı qələbə qazanan “Rapid”i evdə asan mübarizə gözləmir. Polşa təmsilçisi kifayət qədər yaxşı hücumçulara malikdi. Ona görə səfərdə “Rapid”i məyus etmək şansları yüksəkdi.