Günün kuponu – 01.07.2025

Günün kuponu – 01.07.2025

Real Madrid – Yuventus 1

Yuventus Dünya Çempionatına ardıcıl iki qələbə ilə başlasa da, onların əsl gücü Mançester Siti ilə oyunda göründü. Məğlub etdikləri rəqiblər o qədər də güclü deyildi. Düşünürəm ki, Real Madridlə oyunda da Yuve çətin ki, varlıq göstərə bilsin. Kral klubunun Siti kimi böyük hesablı qələbə qazanacağı qənaətindəyəm. Odur ki, günün kuponunda bu oyuna yer vermişəm.

Keflavik (Q) – Hafnarfyordur (Q) 2,5 ÜST

Qadın futbolunda adətən oyunlar bol qollu keçir. Keflavik bu oyunun favrotidir. Düşünürəm ki, onlar böyük hesablı qələbə qazanacaqlar. Keflavikin qələbəsinə də mərc etmək olar. Məncə 2,5 üst seçimi riski azaldır.

Borussia Dortmund – Monterrey 1

Klublarası Dünya çempionatında Avropa klubları daha iddialıdır. Təsadüfi deyil. Borussia Dortmund da Meksika təmsilçisi ilə görüşdə favroitdir. Monterrey qrupda pis təsir bağışlamadı. Amma Meksika təmsilçisi çətin ki, daha artığını bacarsın. Fikrimcə Almanlar cütün taleyini 90 dəqiqə ərzində həll edəcəklər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Renat Dadaşov “Radomyak”dan ayrıldı

Növbəti yazı

Sürpriz kupon – 01.07.2025