Günün kuponu – 01.07.2023
“Sent Patriks” – “Yuni Kollej Dublin” – ən çox qol vurulan hissə – 2-ci hissə
Bütün parametrlərə görə bu matçın bol qollu keçəcəyini düşünürəm. İrlandya premier divizionunda sonuncu yerdə qərarlaşan “Yuni Kollej Dublin” 13 oyuna qapısından 50 top buraxıb. Çempionluğa oynayan “Sent Patriks” isə hər oyuna orta hesabla 3 qol vurub – 13 oyun, 39 qol. Fikrimcə, qonaqlar hesabın erkən açılmasına imkan verməyəcək. Bu səbəbdən 2-ci hissədə 1-ci ilə müqayisədə daha çox qolun vurulacağını təxmin edirəm.
“Şelburn” – “Derri Siti” – cüt şans x2
2-ci sırada qərarlaşan “Derri Siti” ötən tur məğlubiyyətlə üzləşib və hazırda liderdən 7 xal geri qalır. Növbəti məğlubiyyət 1-ci sıra ilə xal fərqinin artmasına imkan verə bilər. Məncə, “Derri Siti” ardıcıl 2-ci məğlubiyyətə imkan verməyəcək və bu matşda azı 1 xal qazanacaq.
“Qrindavik” – “Trottur Reykyavik” – 2,5 ÜST
İslandiya 1-ci liqasında 8 turdan sonra cədvələ baxdıqda niyə məhz bu varianta güvənməyimin səbəbi anlaşılar. “Trottur” 8 oyunda 17 qol vurub, öz qapısından isə 19 top buraxıb. Amma ən unikal statistika isə başqadır: “Trottur”un sonuncu dəfə ötən ilin 10 sentyabrında oynadığı matçda 2,5 alt qeydə alınıb. Təsəvvür edirsiz? Az qala bir ilə yaxındır bu komandanın bütün oyunları 2,5 üstlə bitir. Yəni, deyirsiz, bu qeyri-adi seriya məhz bu gün bitəcək? Mən belə düşünmürəm.