Günün kuponu – 01.07.2022
Dandolk – Yuni Kollej Dublin 1
“Dandolk” 10 oyundur evdə uduzmur, bu rəqiblə keçirdiyi son 8 matçda da məğlubiyyət acısı dadmayıb.
Çempionluğa iddia edən meydan sahibləri hədəfə çatmaq üçün İrlandiya premyer liqasının autsayderi kimi komandalarla oyunda xal itkisinə yol verməməlidi. “Dandolk”un rahat qələbə qazanacağını proqnozlaşdırmaq olar.
Finn Herps – Şemrok Rovers 2
İrlandiya Premyer Liqasının lideri autsayderlərdən birinin qonağı olacaq. İstər turnir cədvəlindəki mövqelər, istər statistik göstəricilər, istərsə də komandaların hazırki forması “Şemrok Rovers”in daha səviyyəli olduğunu göstərir. Meydan sahibləri çempionatın lideri qarşısında hansısa əks-arqument qoyacaq potensialda görünmür.
Sundsvall – Malmö 2
İsveç çempionatının autsayderlərindən biri ilə görüşdə qarşısına böyük hədəflər qoymuş “Malmö”nün çətinlik yaşayacağı inandırıcı görünmür. Meydan sahibləri son 11 oyundan 9-da məğlub olub. Qonaqlar isə səfərdə “Degerfors”u və evdə “Helsinborq”u udduqdan sonra iddalarını və özgüvənlərini daha da artırıb.