Günün kuponu – 01.06.2025
Almeriya – Tenerife – 1
İspaniya sequndasında son turun oyunu. Almeriya bu görüşdə qalib gəlməklə ilk “altılıq”da yerini qoruyacaq və bununla La Liqaya vəsiqə verən pley-off oyunlarına qatılacaq. Mövsümü bərbad keçirən “Tenerife”nin isə aşağı liqaya düşməsi dəqiqləşib. Ona görə məncə, qələbəyə daha çox ehtiyacı olan komanda – “Almeriya” bu matçı qazanacaq.
Deportivo La Koruna – Elçe – 2
Son turun nəticəsi Deportivo La Korunya üçün ciddi əhəmiyyət daşımır. 2-ci sıradakı Elçe isə xal itirəcəyi halda izləyiciləri – Real Ovyedo və Mirandesi irəli buraxa bilər. Nəticədə La Liqaya birbaşa vəsiqə verən 2-ci yer əldən çıxa bilər. Fikrimcə, Elçe işini çətin salmamaq üşün var gücünü sərf edib səfərdən qələbə ilə dönəcək.
Hauqesund – Bodo Qlimt – 1-ci hissə/oyunun nəticəsi – 2/2
9 oyundan cəmi 1 xal toplamaqla Norveç yüksək liqasında sonuncu yerdə qərarlaşan Hauqesund “Bodo Qlimt”in qarşısında çətin ki, davam gətirsin. Son oyunda lider Vikinqə 2:4 hesabı ilə uduzan Bodo Qlimt fikrimcə, bunun heyfini çempionatın autsayderindən çıxacaq. Qonaq komandanın həm ilk hissəni, həm də bütünlükdə oyunu qalib başa vuracağını düşünürəm.