Günün kuponu – 01.06.2023

Günün kuponu – 01.06.2023

“Breşia” – “Nuova Kosenza” QOL/QOL
İtaliya B seriyasının həlledici oyunu. İlk matçda 0-1 hesabı ilə uduzan “Breşia” revanş alacaq gücdədir. 2000-ci ildən “Breşia” evdə bu rəqibə məğlub olmayıb. Meydan sahiblərinin qələbə qazanacağını düşünsəm də, qol\qol seçimini real hesab edirəm.

“Herenven” – “Tvente” QOL/QOL
Niderland futbolunda iki matçdan ibarət duelin ilk hissəsi “Herenven”in stadionunda oynanılacaq. Ötən matçda “Ayaks”ı məğlub edən “Tvente” ardıcıl 4 qələbə ilə öyünə bilər. Cavab matçının olacağını nəzərə alaraq qonaqların çox risk etməyəcəyini düşünürəm.

“Utrext” – “Sparta Rotterdam” ÜST2.5
Statistika əlbəttə ki, meydan sahiblərinin xeyrinədir. “Utrext” son 10 matçdan yalnız birincə heç-heçə oynayıb. Digər görüşlərdə “Sparta”nı üstələyib. Son oyunlarda qələbə qazanan qonaqların səfərdə asanlıqla təslim olacağı inandırıcı deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Potter “Kristal Pelas”ın hədəfində

Növbəti yazı

Sürpriz kupon – 01.06.2023