Günün kuponu – 01.02.2026
“Qarabağ” – “Turan Tovuz” – 1
Çempionlar Liqasında “Liverpul”dan ağır məğlubiyyət alan “Qarabağ” ondan əvvəl milli çempionatda autsayder “Kəpəz”ə də sürpriz şəkildə uduzmuşdu – 0:2. Ağdam təmsilçisi bu 2 məğlubiyyətin əvəzini məncə, çempionatda ən yaxın izlıyicisi “Turan Tovuz”dan çıxacaq. Əsas da lider “Sabah”la xal fərqini azaltmaq üçün.
“Qalatasaray” – “Kayserispor” – 1\1
Çempionlar Liqasında “Manşester Siti”yə uduzaraq (0:2) qayıdan “Qalatasaray” fanatlarını superliqada sevindirməyə çalışacaq. 18 komanda arasında hazırda 17-ci yerdə olan Kayseri təmsilçisi çətin ki, liderin qarşısında davam gətirsin. Aralarındakı son duellərdə bu rəqibə böyük hesabla qalib gələn “Cim-Bom”un bu dəfə də məsələni elə ilk hissədə həll edərək meydandan 3 xalla ayrılacağını təxmin edirəm.
“Real Madrid” – “Rayo Valekano” – 1\1
Çempionlar Liqasında Benfikaya uduzan (2:4) Real Madridin indi qarşısında La Liqanın autsayderlərindən “Rayo Valekano” var. Lider “Barselona” ilə 1 xallıq fərqin artmasına imkan verməmək üçün qələbə vacibdir. Realın baş məşqçi postu hazırda müvəqqəti olaraq Arbeolaya tapşırılb. Gənc mütəxəssis yəqin ki, özünü sübut etmək iddiasındadır. Komandanın da onun etimadını doğruldacağını gözləyirəm. Hıəm ilk hissədə, həm də oyunun yekun hesabında qələbə!












