Günün kuponu – 01.01.2026

Günün kuponu – 01.01.2026

Kristal Pelas – Fulhem QOL/QOL

İngiltərə Premyer Liqasında qonşu pillələrdə qərarlaşan komandalar yanvarın ilk günündə üz-üzə gələcək. Son 18 günündə ardıcıl 5 matçda qələbəyə həsrət qalan meydan sahibləri evdə uğursuzluğa son qoymağa çalışacaq. “Fulhem” isə əksinə son iki matçda maksimum nəticə göstərərək mövqeyini yaxşılaşdırıb. Hər iki tərəfin hücumda fəal oyununu nəzərə alaraq qol/qol seçimi daha real görünür.

Liverpul – Lids ÜST2.5

Yanvarda Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olacaq “Liverpul” turnir cədvəlində liderdən xeyli aralı düşüb. “Arsenal”dan 13 xal geri düşən mersisaydlılar ilin ilk oyununda şansını boşa verməyəcək. “Lids”in müdafiədəki problemlərini nəzərə alaraq məhsuldar nəticəyə mərc gəlməyi məsləhət görürəm.

Blekborn Rovers – Vrekshem QOL/QOL

Çempionşipdə 25-ci turun oyunları keçirilir. Mövsümə uğursuz başlayan “Blekbörn” xal itirməkdə davam edir. Bu səbəbdən ardıcıl iki matçda qələbə qazanan qonaqlar səfər matçında favorit göstərilir. “Blekbörn” adətən evdə mübarizəsiz təslim olmur. Fikrimcə tərəflər meydanı qolsuz tərk etməyəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Kyeza “Yuventus”un hədəfində

Növbəti yazı

Sürpriz kupon – 01.01.2026