Günün kuponu – 01.01.2025

Günün kuponu – 01.01.2025

Brentford – Arsenal 2
Ardıcıl 4 oyun qələbəyə həsrət qalan “Brentford” yeni ilin ilk günündə iddialı “Arsenal”ı qəbul edir. Qonaqların heyətində Saka, Sterlinq, Tomiyasu meydana çıxmayacaq. Bununla belə “Arsenal”ın səfərdə qələbə qazanmaq şanslarını yüksək qiymətləndirirəm.

Plimut – Bristol Siti 2
Mövsümün uğursuzlarından olan “Plimut” autsayder olmasıyla barışıb. Əksər oyunlarda uduzan meydan sahiblərinin çempionatın sonunda Birinci Liqaya enəcəyi gözlənilir. “Bristol Siti”nin liderlər qrupunda daxil olmaq şansları az deyil. Məhz buna görə qonaqlar autsayderlərlə matçda xal itirməməlidi.

QPR – Uotford QOL/QOL
Turnir cədvəlində “Midlsbro” ilə eyni xala malik “Uotford” səfərdə qələbə qazanmaqla ən azı bir pillə irəliləyəcək. Lakin meydan sahiblərinin doğma meydanda daha çox müdafiəyə diqqət etməsini unutmaq olmaz. Ona görə məhsuldar heç-heçə daha risksiz seçimə oxşayır.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

103 ildə görünməyən uğursuzluq

Növbəti yazı

Sürpriz kupon – 01.01.2025