Gündoğana Türkiyə və MLS-dən təklif
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan yay transfer pəncərəsində klubunu dəyişə bilər. Almaniya millisinin türk futbolçusu MLS və Türkiyə Super Liqasından təkliflər alıb.
31 yaşlı oyunçu karyerasını “şəhərlilər”in heyətində bitirməyin əleyhinə deyil. Lakin müqaviləsi 2023-cü ilin yayında başa çatacaq İlkayla anlaşmanın uzadılması planlaşdırılmır. Bu səbəbdən də onun bu yay satılması gözlənilir.
Qeyd edək ki, Gündoğan cari mövsümün 38 oyununda 8 qol vurub.