Gündoğan Özili geridə qoydu

Gündoğan Özili geridə qoydu

“Mançester Siti” İngiltərə Premyer Liqasının 31-ci turunda “Bernli”ni (2:0) məğlub edib. Görüş “şəhərlilər”in futbolçusu İlkay Gündoğan üçün əlamətdar olub.

Belə ki, Gündoğan yeni rekorda imza atıb. Qarşılaşmada fərqlənən yarımmüdafiəçi Premyer Liqada 34-cü qolunu vurub. Bununla da o, “Arsenal”ın sabiq oyunçusu Mesut Özili (33 qol) qabaqlayaraq liqa tarixində ən çox qol vuran alman futbolçu olub.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 21 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.04.2022

Növbəti yazı

Durantdan yeni rekord