Gündoğan komanda yoldaşlarından şikayətçidir

Gündoğan komanda yoldaşlarından şikayətçidir

“Barselona” “El Klassiko”da “Real”a uduzub – 1:2. Həmin məğlubiyyətdən sonra komandanın düşərgəsində narazılıqlar yaranıb.

Kataloniyalıların futbolçusu İlkay Gündoğan “El-Klassiko”dakı uğursuzluqdan sonra komanda yoldaşlarından narazı qalıb. Yarımmüdafiəçi belə oyunla titul qazana bilməyəcəklərini söyləyib:

“Mən dürüst olmalıyam. Komandanın məğlubiyyətə münasibəti çox aşağıdır. Bu mövsüm titul qazanmaq istəyiriksə, məğlubiyyəti həzm etməməliyik. Məğlubiyyətdən sonra komandamda daha çox qəzəb və məyusluq görmək istəyirəm”.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz” – “Qarabağ” matçının yeri dəyişdirildi

Növbəti yazı

Taremi “İnter”in hədəfində