Gündoğan karyerasında ilk dəfə
İlkay Gündoğan xüsusi uğura imza atıb. O, karyerasında ilk dəfə bir mövsümdə 10 məhsuldar ötürmə həddini keçib.
Futbolçu “Qranada” ilə oyunda (3:3) Robert Levandovskiyə assist müəllifi olub. Bu, Gündoğanın bütün yarışlarda mövsümün 10-cu məhsuldar ötürməsi olub.
Qeyd edək ki, Gündoğan “Barselona”ya ötən yay azad agent kimi “Mançester Siti”dən keçib.