Gündoğan “İnter”in maraq dairəsində
Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğan komandanı tərk etməyə yaxındır. O, karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
“İnter” Almaniya millisinin sabiq üzvünü heyətinə qatmaq istəyir. Milan klubu yayda azad agent statusunda olacaq 34 yaşlı yarımmüdafiəçini pulsuz rənglərinə bağlamağı planlaşdırır.