Güler “Bayer”in hədəfində

Güler “Bayer”in hədəfində

Arda Güleri daha bir klubun maraq dairəsinə düşüb. “Real”ın futbolçusuna Almaniyadan müştəri çıxıb.

“Bayer” 19 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir. Leverkuzen təmsilçisi Arda “Real”a keçməzdən də onun keçidində maraqlı olub. İspaniya nəhəngi Güleri qışda buraxmaq istəmədiyi üçün “Bayer” mövsümün sonunu gözləməlidir.

Qeyd edək ki, Bundesliqa təmsilçisi Ardanın ailəsi ilə danışıq aparsa da, “Real”la əlaqə saxlamayıb.

ETOPAZ

Əvvəlki yazı

Krivotsyukun taleyinə aydınlıq gəldi

Növbəti yazı

“Qarabağ”ın matçının hakimləri bəlli oldu