Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Güləşçimiz yarımfinala vəsiqə qazandı
Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir. Bu gün daha iki çəkidə mübarizə aparan sərbəst güləşçilər xalçaya çıxıb.
125 kq çəkidə Giorgi Meşvildişvili 1/4 finala vəsiqə üçün misirli Diaeldin Abdelmottaleb qarşılaşıb. Görüş qitə çempionatlarında iki bürünc qazanmış təmsilçimizin qələbəsi ilə başa çatıb. O, 4:0 hesabı ilə qalib gəlib. Meşvildişvili ardınca Lxaqvaqerel Munxtura (Monqolustan) da gücünü göstərib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.