Güləşçilərimizdən daha 2 qızıl medal

Güləşçilərimizdən daha 2 qızıl medal

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı keçirilir. Yunan-Roma güləşçilərimiz günü 3 medalla başa vurub.

72 kq çəkidə Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib. 7:7 bitən görüşdə xal prinsipinə əsasən təmsilçimiz qalib gəlib.

Həsrət Cəfərov həlledici qarşılaşmada gürcüstanlı Coni Xetsuriani ilə güləşib. 67 kq çəkidə mübarizə aparan idmançımız 3:2 hesablı qələbə ilə qızıl medal əldə edib.

Nihat Məmmədli isə bürünc medal görüşünə çıxıb. 60 kq çəkidə yarışan təmsilçimiz ermənistanlı Gevorq Qaribyanla üz-üzə gəlib. 9:5 hesabı ilə qalib gələn Nihat bürünc medal qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”dən əzmkar qələbə

Növbəti yazı

Günün kuponu – 24.04.2023