Gülər üçün debüt
Arda Gülər La Liqada debütə hazırlaşır. Bonuslarla birlikdə 30 milyon avroya “Fənərbaxça”dan Madrid “Real”ına transfer olunan 18 yaşlı futbolçu yeni komandasında ilk oyununa çıxacaq.
Paytaxt klubunun Amerika toplanışı zamanı zədələnən futbolçu 6 həftəlik fasilədən sonra intensiv məşqləri bərpa edib. Mərkəz yarımmüdafiəçisi La Liqanın 7-ci turu çərçivəsində keçiriləcək “Las Palmas”la ev oyununda iştirak edəcək. Baş məşqçi Ançelottinin türk futbolçunu matçın ikinci hissəsində meydana buraxması gözlənilir.