Gülər üçün debüt şansı
Arda Gülərin “Real”da debüt edə biləcəyi oyun bəlli olub. Bunu İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti açıqlayıb.
O bildirib ki, türkiyəli gənc oyunçu La Liqanın 12-ci turu çərçivəsində “Rayo Valyekano” ilə keçiriləcək qarşılaşmada debüt edəcək. 64 yaşlı italiyalı mütəxəssis futbolçunun bacarıqlarını nümayiş etdirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, bu oyun noyabrın 6-da “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.