Gülər “Milan”ın hədəfində
“Milan” heyətini gücləndirmək niyyətindədir. Klub yarımmüdafiəçi Arda Gülərin transferi üçün “Fənərbaxça” ilə danışıqlar aparır.
“Rossonerilər” futbolçunun müqaviləsində göstərilən sərbəst qalma məbləğini (17,5 milyon avro) ödəməyə hazırdır. Bildirilir ki, yaxın vaxtlarda digər klublar da transfer yarışına qoşulacağı üçün Gülərin yaxın ətrafı ilə onu “Milan”a keçməyə razı salmaq üçün danışıqlar aparılır.