Güclülərin qənimləri: Cokoviç zirvədə
2022-ci ildə reytinqin “Top-10”u üzərində ən çox qələbə qazanan tennisçilərin siyahısı açıqlanıb. Cədvələ “Böyük dəbilqə” turnirlərinin 21 qat çempionu Novak Cokoviç başçılıq edir.
Güclülərin qənimi “onluq” təmsilçiləri ilə duellərdə 11 qələbə qazanıb, 3 dəfə uduzub. Karlos Alkarasla Holqer Runenin aktivində 9 qələbə var.
1. Novak Cokoviş – 11-3
2-3. Karlos Alkaras – 9-5
Holqer Rune – 9-5
4. Rafael Nadal – 8-3
5. Stefanos Tsitsipas – 8-8
6. Feliks Oje Alyassim – 7-9
7. Nik Kirios – 6-4
8. Teylor Frits – 6-7
9-10. Hubert Hurkaç – 5-5
Andrey Rublyov – 5-5