Gənç futbolçu Benzemanın rekordunu yenilədi

Gənç futbolçu Benzemanın rekordunu yenilədi

“Mançester Siti”nin futbolçusu Riko Lyuis Çempionlar Liqasında yeni rekorda yiyələnib. Riko buna qrup mərhələsinin 6-cı turunda “Sevilya” ilə görüşündə imza atıb . O, “şəhərlilər”in heyətində ilk dəfə ÇL-də start heyətdə meydana çıxaraq qol vurmağı bacarıb (3:1).

Lyuis start heyətdə ilk dəfə meydana çıxaraq qol vuran ən gənc futbolçu adını qazanıb. Müdafiəçi buna 17 yaş 346 günlüyündə nail olub.

Riko belə nəticə ilə “Real”ın futbolçusu Kərim Benzemanın rekordunu yeniləyib. Fransalı forvard 2005-ci ildə 17 yaş 352 günlüyündə ÇL-də start heyətdə meydana çıxmışdı və qol vurmuşdu. 

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.11.2022

Növbəti yazı

Mbappenin qolu həftənin ən yaxşısı seçildi