Gəncədə “Qəbələ” qalib gəldi
Azərbaycan Premyer Liqasında 8-ci turun son oyun gününə start verilib. Çempionatın autsayderləri Gəncədə qarşılaşıb.
Son iki pillədə qərarlaşanların duelində “Kəpəz” “Qəbələ”ni qəbul edib. Matçda bir qol vurulub.
Həlledici qol ikinci hissənin əvvəlinə təsadüf edib. Bilel Auaşeriya meydan sahiblərinin qapısına yol tapmaqla komandasına 3 xal qazandırıb. “Qəbələ” bu qələbə ilə son pilləni rəqibinə təhvil verib.
Qeyd edək ki, tura “Araz-Naxçıvan” – “Zirə” görüşü ilə yekun vurulacaq.