Gəncə və Masazırda qolsuz bərabərliklər

Gəncə və Masazırda qolsuz bərabərliklər

Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub. Son oyun günündə iki qarşılaşma baş tutub.

Qərb derbisində “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Matç qarşılıqlı hücumlarla keçib. Komandaların səylərinə baxmayaraq görüşdə hesab açılmayıb.

Tura mərkəzi qarşılaşma ilə yekun vurulub. Liderlərin duelində “Sabah” “Qarabağ”la qarşılaşıb. Görüşdə üstünlük tez-tez əl dəyişdirib. Hər iki tərəf təhlükəli epizodlar yaratmağa nail olub. Lakin bunlardan heç biri qolla nəticələnməyib. Matç 0:0 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Morton “Borussiya”nın hədəfində

Növbəti yazı

Emrelidən dubl, komandasından darmadağın