“Gəncə” pley-offda

“Gəncə” pley-offda

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunlarına start verilib. “Gəncə” səfərdə “Lənkəran”la görüşüb.

Qərb təmsilçisi ilk matçdakı kimi yenə qələbə qazanıb – 100:74 (24:19, 21:18, 29:23, 26:14). Gəncəlilər seriyada 2:0 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Bu mərhələdə komandanın rəqibi “Şəki” olacaq.

Qeyd edək ki, pley-inin ikinci oyunlarına sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Everton”un hədəfindəki hücumçu

Növbəti yazı

“Araz-Naxçıvan” səfərdə xal itirdi