”Gəncə” NTD-yə rəqib oldu

”Gəncə” NTD-yə rəqib oldu

Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. Son finalçı Bakı İdman Sarayında müəyyənləşib.

“Naxçıvan” və “Gəncə” üz-üzə gəlib. Bu görüşdə “Naxçıvan” favorit hesab olunsa da, rəqib komanda daha yaxşı təsir bağışlayıb. Gəncəlilər 86:80 hesabı ilə qələbə qazanıblar.

Azərbaycan kuboku
Yarımfinal
28 mart

19:00. “Naxçıvan” – “Gəncə” – 80:86 (14:20, 19:22, 24:19, 23:25)
Bakı İdman Sarayı

Qeyd edək ki, final martın 30-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan böyükhesablı qələbə

Növbəti yazı

Yevlax şəhər stadionuna baxış keçirilib