“Gəncə” liderliyə yüksəldi
Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulur. Hər iki qarşılaşma B qrupunda keçirilir.
Günün ilk oyununda “Gəncə” evdə autsayder “Lənkəran”a qalib gəlib – 90:76. Bu qələbə sayəsində meydan sahibləri yenidən liderliyə yüksəliblər.
Tur saat 19:00-da başlayacaq “Sumqayıt” – “Ordu” matçı ilə yekunlaşacaq. Sumqayıtlılar 22 xalla qrupda dördüncü, “hərbçilər” isə 27 xalla üçüncüdürlər.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində NTD “Naxçıvan”ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, “Abşeron” “Sərhədçi”ni 77:75 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
XVII tur, 9 mart
B qrupu
14:00 “Gəncə” – “Lənkəran” 90:76
Gəncə İdman sarayı