“Gəncə” liderliyə yüksəldi

“Gəncə” liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir. Bu gün turun 3 matçı keçiriləcək.

B qrupunda turun son matçı Gəncədə keçirilib. Şəhərin eyniadlı komandası turnir cədvəlindəki qonşusu “Ordu”nu sınağa çəkib. Gərgin keçən matç ev sahiblərinin qələbəsi ilə bitib. Bu qələbə “Gəncə”ni birinci pilləyə yüksəldib.

Digər iki görüş A qrupunda baş tutacaq. “Sabah” “Abşeron”la, “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVIII tur
15 mart

B qrupu
14:00. “Gəncə” – “Ordu” – 84:74 (22:8, 19:18, 17:20, 26:28)

Gəncə İS

ETOPAZ

Əvvəlki yazı

ÇL-in ən çox qazananları

Növbəti yazı

U-21 millimizin heyəti açıqlandı