Futboldan 2 illik uzaqlaşdırıldı

Futboldan 2 illik uzaqlaşdırıldı

“Hamburq”un futbolçusu Mario Vuşkoviç cəzalanıb. Yarımmüdafiəçi 2 illik diskalifikasiya olunub.

21 yaşlı xorvatiyalı antidopinq qaydalarını pozduğu üçün belə ağır cəzaya məruz qalıb. Onun qanında eritropoetin aşkarlanıb.

Mario 2022-ci ilin noyabrında araşdırma başa çatana qədər futboldan kənarlaşdırılmışdı. Almaniya Futbol İttifaqı təxminən 5 aydan sonra yekun qərarını verib. Futbolçu 2024-cü il noyabrın 14-dək futboldan kənar qalacaq.

ETOPAZ

Əvvəlki yazı

Kurtua meydanlara dönür

Növbəti yazı

Günün kuponu – 31.03.2023