Furnyedən rekord, “Nyu-York”dan geridönüş

Furnyedən rekord, “Nyu-York”dan geridönüş

“Nyu-York” “Boston”la qarşılaşıb. “Niks” bu ev oyununda 108:105 hesablı qələbə qazanıb.

Meydan sahiblərinin müdafiəçisi Evan Furnye görüşdə 41 xal toplayıb. Bu, onun karyerasında yeni rekorddur. O, 42 dəqiqə ərzində 25 atışdan 15-də dəqiq olub.

Nyu-York təmsilçisi bu matçda 24 xallıq fərqi aradan qaldırıb. İkinci hissənin gedişində bu qədər fərqlə geridə olan komanda sonda qalib gəlib.

e-Topaz

Əvvəlki yazı

Bartidən 17 eys

Növbəti yazı

Lionel Messiyə istirahət təklifi