“Fulhem”in baş məşqçisinin durumuna aydınlıq gəldi
“Fulhem”in baş məşqçisi Marku Silvanın durumu bəlli olub. Bunu İngiltərə klubunun sahiblərindən biri Toni Han açıqlayıb.
O bildirib ki, 45 yaşlı mütəxəssis postunda qalacaq. London təmsilçisi onu başqa kluba buraxmayacaq. Silvanın xidmətində “Vest Hem”lə “Çelsi” maraqlıdır. “Fulhem” 2021-ci ilin yayından bu postda olan mütəxəssisi vəzifəsində saxlayacaq.