“Fulhem” “Mançester Siti”dən sonra ikinci oldu

“Fulhem” “Mançester Siti”dən sonra ikinci oldu

İngiltərə çempionatının 45-ci turu çərçivəsində “Fulhem” “Luton Taun”u qəbul edib. Görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da komandanın cari mövsümdə Çempionşipdə vurduğu qol sayı 106-ya çatıb. Marko Silvanın yetirmələri 2001/2002 mövsümündə 108 qol vurmağı bacaran “Mançester Siti”dən sonra turnirdə bir mövsümdə 100 və daha artıq top vuran ikinci komanda olub. Mütləq rekorda imza atmaq üçün “Fulhem”in daha bir oyunu var.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko” Qrizmanı transfer edəcək

Növbəti yazı

“Liverpul”dan rekord müqavilə