Frits “Top-10”da
İndian-Uellsin çempionu Teylor Frits Tokio turnirində finala yüksəlib. O, yarımfinalda Denis Şapavalova qalib gəlib.
6:3, 6:7, 6:3 hesablı qələbə Fritsi mövsümdə üçüncü finala daşıyıb. Tennisçi bununla da ATP reytinqində “Top-10”da yerini təmin edib.
24 yaşlı ABŞ tennisçisi finalda Frensis Tiafu ilə görüşəcək. O, rəqibi ilə şəxsi duellərdə 4-1 hesabı ilə öndədir.