Frimponqun durumuna aydınlıq gəldi

Frimponqun durumuna aydınlıq gəldi

“Qarabağ”la matçda zədələnən Ceremi Frimponqun durumuna aydınlıq gəlib. “Liverpul”un müdafiəçisinin ayaq əzələssində 3-cü dərəcəli yırtıq aşkarlanıb.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Matçın 4-cü dəqiqəsində zədələnən niderlandlının futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, “Liverpul” Ceremi Frimponqu mövsümün əvvəlində “Bayer”dən 40 milyon avroya transfer edib.

ETOPAZ

Əvvəlki yazı

Kessye A Seriyası yolunda

Növbəti yazı

Həftənin oyunçusu adına namizədlər bəlli oldu