Frimponqa İngiltərədən müştəri
“Bayer”in futbolçusu Ceremi Frimponq daha bir klubun maraq dairəsinə düşüb. Yarımmüdafiəçi “Mançester Yunayted”in hədəfindədir.
İngiltərə klubu 23 yaşlı niderlandlının bu yay heyətinə qatmağı planlaşdırır. Premyer Liqa təmsilçisinin nümayəndələri uzun müddətdir yaxından izlədikləri futbolçu ilə danışıqlara yaxın günlərdə başlamaq niyyətindədir.