Frimponq “Liverpul”un hədəfində
“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnolda əvəzləyici tapıb. İngiltərə klubu Ceremi Frimponqu transfer etməyə qərar verib.
24 yaşlı futbolçunun “Bayer”dən transferi ilə bağlı işlərə start verilib. “Liverpul” onu 35-40 milyon avroya almağı planlaşdırır.
Qeyd edək ki, Trent yayda “Real”a keçəcək.