Fred “Fənərbaxça”nın hədəfində
“Fənərbaxça” heyətini gücləndirmək niyyətindədir. Klub yarımmüdafiəçi Fred üçün “Mançester Yunayted”ə rəsmi təklif göndərib.
Türklər bonuslar daxil olmaqla 15 milyon avro təklif edir. Futbolçunun özü ilə danışıqlar hələ də davam edir.