Fransadan yeni rekord
DÇ-2022-nin II turunda Danimarka ilə qarşılaşan Fransa 2:1 hesabı ilə qələbə qazanıb. Bu, “üçrənglilər”in mundiallarda ardıcıl 6-cı qalibiyyəti olub.
Didye Deşamın yetirmələri bununla da Fransa yığmasının rekorduna imza atıb. Bu komanda heç vaxt dünya çempionatında ardıcıl 6 matçda qələbə qazanmayıb.
Ən azı 6 oyunda qələbəni sıralayan sonuncu yığma isə İspaniyadır. Pireneylilər çempion olduğu 2010-cu ildə ardıcıl 6 matçda rəqiblərini məğlub edib.